Rusiyada təmtəraqlı həyata aludə olan rahib barədə istintaq başladı

Təmtəraqlı tərliklər, gümüş bəzəkli ayaqqabılar və yüzlərlə dollarlıq “Louis Vuitton” çanta …
Rus Pravoslav Kilsəsi şəxsi sosial media hesabından çox bahalı “Gucci” və “Louis Vuitton” kimi brend əşyalarla fotoşəkillərini paylaşan bir keşiş haqqında araşdırma başladıb.
Rus Pravoslav Kilsəsi şəxsi sosial media hesabından çox bahalı “Gucci” və “Louis Vuitton” kimi brend əşyalarla fotoşəkillərini paylaşan bir keşiş haqqında araşdırma başladıb.
Din.az xəbər verir ki, Vyaçeslav Baskakov adlı keşiş “Instagram” hesabından təmtəraqlı tərliklər, gümüş bəzəkli ayaqqabılar və yüzlərlə dollarlıq “Louis Vuitton” çanta və çamadanlarla özünü göstərdiyi fotoları paylaşdıqdan sonra, kilsənin sərt reaksiyasına səbəb olub.
Rus Pravoslav Kilsəsi Patriarxı Kirill Baskakovun “ağlını başına gətirmək” üçün intizam komitəsini toplayacağını deyib. Kirillin mətbuat katibi Aleksandr Volkov, “Bir rahibin həyatı şəxsi və ictimai həyat arasında bölünə bilməz və heç bir din xadimi günortaya qədər keşiş kimi davranıb, axşama qədər istədiyi adama çevrilə bilməz” deyib.
Kirill də 30 min dollarlıq saatla yaxalanmışdı
Kirill də 2012-ci ildə bənzər bir qalmaqala məruz qalmışdı. Bir iclasda 30 min dollar dəyərindəki “Breguet” brend markalı saat taxdığı görülmüşdü. Kirillin müşavirləri hadisənin yayılmasına səbəb olan bir fotoşəkildə saatın üstünü rəngləyib. Ancaq saatın üzünün taxta masa üzərindəki əks olunmasını yox etməyi unudublar.
Bunun üzərinə kilsə üzr istəmək məcburiyyətində qalmışdı. / İslamazeri.com