Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

RUSİYA VƏ TÜRKİYƏ RAZILIĞA GƏLDİ – ABŞ-I VURACAQLAR

Rusiya bölgədə raket təlimlərinə başlayacağını açıqlayıb.

1 gün ərzində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həm amerikalı, həm də rusiyalı həmkarıyla telefon əlaqəsi yaratması bölgədə ciddi proseslərin başlayacağından xəbər verir.

Din.az “Metbuat.az”a istinadən bildirir ki, rəsmi dairələr telefon söhbətlərinin əsas mövzusunun Qətər böhranı və Suriya münaqişəsi olduğunu açıqlayıb. Lakin şübhə yoxdur ki, liderlər əsasən Ankaranın Suriyanın Afrin bölgəsindəki YPG-PYD terrorçularına qarşı əməliyyat hazırlığını müzakirə edib.

Ərdoğan son açıqlamalarında qəti şəkildə bəyan etdi ki, Türkiyə bu əməliyyata görə istənilən ölkəni qarşısına almağa hazırdır. Bu mənada, Moskva Ankaraya güzəşt edərək hərbçilərini bölgədən çəkdi. Hərbi mənbələrin məlumatına görə, Rusiya hətta Afrin əməliyyatlarına görə Türkiyəyə dəstək verməyə hazırdır.

Xarici mənbələr yazır ki, Rusiya bölgədə raket təlimlərinə başlayacağını açıqlayıb. Moskva 200 km radius müəyyən edərək, ABŞ hərbi təyyarələrinin həmin bölgəyə yaxınlaşmasına qadağa qoyub. Əks halda onlar hədəfə alınacaq.

Maraqlısı budur ki, həmin radius Afrin bölgəsini də əhatə edir. Bəs görəsən, bu günə qədər YPG-PYD terrorçularına yüksək səviyyədə dəstək verən Vaşinqton, Ankaranın Afrin əməliyyatı zamanı hansı mövqeyi tutacaq? Rusiyanı qarşısına alaraq Afrində əməliyyat təşkil edən Türkiyə hərbi qüvvələrinə qarşı addım ata biləcəkmi?

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az