Rusiya prezidenti Roma Papası ilə görüşüb

Vatikanda baş tutan mətbuata qapalı görüş bir saat davam edib.
Rusiya prezidenti Vladimir Putin Roma Papası Fransisklə görüşüb.
Din.az xəbər verir ki, Vatikanda baş tutan mətbuata qapalı görüş bir saat davam edib.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov görüşdən əvvəl jurnalistlərə açıqlamasında bildirib ki, onlar Rusiya Ortodoks Kilsəsi və Roma Katolik Kilsəsi arasında münasibətlər, Suriyada və Ukraynanın şərqindəki vəziyyəti müzakirə edəcəklər. / APA.az