Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

RUSİYA MÜSƏLMANLARIN AKSİYASINA İZİN VERMƏDİ

Müsəlmanların dinc aksiyasına icazə verilmədi.

Moskvada Myanma müsəlmanlarının qətlinə etiraz olaraq keçirilməsi nəzərdə tutulan aksiyaya izin verilməyib.

Din.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında aksiyanın təşkilatçısı Arslan Xasavov deyib. Xasavov Moskva meriyasının aksiyanı qadağan etməsinə heç bir səbəb göstərmədiklərini bildirib.

Qeyd edək ki, müsəlmanlar aksiyanı sentyabrın 8-də Myanmanın Moskvadakı səfirliyi qarşısında keçirməyi planlaşdırırdılar. Aksiyada 200 nəfər iştirak etməli idi. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az