Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Rusiya istehkamçıları Hələbdə 55 ev və 4 məscidi minadan təmizləyiblər

Rusiya istehkamçıları 55 evi, 4 məscid və məktəbi partlayıcılardan təmizləyiblər.

Rusiyanın Beynəlxalq Mina Əleyhinə Mərkəzinin mütəxəssisləri ötən gün ərzində Şərqi Hələbdə bir sıra obyektləri partlayış təhlükəli əşyalardan təmizləyiblər.

“Din.az” “Report.az”a istinadən xəbər verir ki, bu barədə Suriyada Düşmən Tərəflərin Barışdırılması Mərkəzi məlumat yayıb.

“Ötən sutka ərzində Rusiya istehkamçıları tərəfindən 55 yaşayış evi, 4 məscid və məktəb partlayış təhlükəli əşyalardan təmizlənib, 117 partlayış təhlükəli əşya, eləcə də 76 ədəd əldəqayırma partlayıcı qurğu zərərsizləşdirilib”, – deyə məlumatda bildirilir.

Ümumilikdə 72 hektar ərazi minadan təmizlənib. 15,5 km. uzunluğunda avtomobil yolu partlayış təhlükəli əşyalardan təmizlənib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az