Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Rusiya BƏƏ kosmonavtı üçün ərəb milli yeməkləri hazırlayacaq

Müsəlman kosmonavt sentyabrın 25-də “Soyuz MS-15” kosmik gəmisində “BKS”ə gedəcək.

Rusiyanın “Kosmik yeməklər Laboratoriyası” sentyabrın sonlarında Beynəlxalq Kosmik Stansiyasına (BKS) uçacaq ilk BƏƏ kosmonavtı Hazza Əl Mansuri üçün ərəb milli yeməklərini hazırlayacaq.

Din.az APA-ya xəbər verir ki, Al Mansuri sentyabrın 25-də “Soyuz MS-15” kosmik gəmisində rus Oleq Skripoçka və amerikalı Jessika Meir ilə birlikdə “BKS”ə gedəcək.

Səkkiz gün ərzində stansiyada qalacaq ərəb kosmonavt oktyabrın 3-də “Soyuz MS-12” gəmisində başqa heyətlə – rus Aleksey Ovçin və amerika Nik Haque ilə birlikdə Yerə qayıdacaq.

Qeyd edək ki, bu uçuş 2019-cu ilin yazında planlaşdırılırdı, lakin 2018-ci ilin oktyabrında “Soyuz-FG” raket daşıyıcısının “Soyuz MS-10” kosmik gəmisində baş vermiş qəzaya görə təxirə salınmışdı.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az