Rus deputat kilsədəki Njde abidəsinə hücum etdi

Faşist Qaregin Njdenin şərəfinə qoyunlan xatirə lövhəsi qara rənglə rəngləndi.
Rusiyanın Armavir Şəhər Dumasının deputatı Aleksey Vinoqradov Erməni Apostol Kilsəsinin ərazisinə daxil olaraq, erməni faşist Qaregin Njdenin şərəfinə qoyunlan xatirə lövhəsini qara rənglə rəngləyib.
Din.az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı “Arminfo” yayıb.
Qeyd edək ki, Vinoqradov Njdenin xatirə lövhəsi barədə sərt çıxışlar etmişdi. O, bu lövhənin sökülməyəcəyi təqdirdə onu özünün demontaj edəcəyini bildirmişdi.