RUHANİDƏN AZƏRBAYCANLILARA QARŞI LAQEYD MÜNASİBƏT
Cənubi azərbaycanlılar ayrı-seçkiliyə məruz qalırlar.
İran Prezidenti Həsən Ruhaninin yeni Nazirlər Kabinetinə namizədlərin siyahısında azərbaycanlıların olmaması etiraz doğurub.
Din.az bildirir ki, Güney Azərbaycanın Mərənd və Culfa şəhərlərinin İran parlmanetindəki millət vəkili Məhəmməd Həsənnəjad məsələyə ilk etiraz edənlərdən olub.
“Prezident yeni kabinet üçün namizədlərin siyahısını parlamentə təqdim etdi. Təəssüflər olsun ki, bu siyahıda türk qövmündən olan heç bir namizəd gözə dəymir. Bu məsələ sual yaradır”, – deyə o bildirib.
Təqdim olunan siyahıda 3 nəfərdən başqa, qalan namizədlərin hamısı fars bölgələrindəndir. / Axar.az