Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Ruhani üç qadına vəzifə verdi

3 qadın prezidentin müavini və köməkçisi təyin edildi.

İran Prezidenti Həsən Ruhaninin imzaladığı sərəncamlara əsasən, 3 qadın prezidentin müavini və köməkçisi vəzifələrini icra edəcək.

Din.az bildirir ki, prezidentin qadınlar və ailə məsələləri üzrə müavini Məsumə Ebtikar, vətəndaş hüquqları üzrə köməkçisi Şəhindoxt Mövlaverdi, hüquqi məsələlər üzrə müavini isə Ləəya Cüneydi təyin olunub.

Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani avqustun 8-də yeni hökumətində nazir postlarına təklif etdiyi şəxslərin siyahısını parlamentə göndərib. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az