Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Romada spirtli içkilər qadağan edildi – AXŞAMLAR

Spirtli içkilərin içilməsinə görə 150 avro, satışına görə 280 avro cərimə təyin edilib.

İtaliyanın paytaxtı Romada axşam və gecə saatlarında spirti içkilərə məhdudiyyət qoyulub.

Din.az Milli.Az-a istinadən xəbər verir ki, axşam saat 10-dan başlayaraq səhər saat 7-yə kimi şüşə qablardan, gecəyarısından etibarən isə istənilən qablardan spirtli içkilər içmək qadağan edilir.

Bundan başqa, saat 10-dan sonra mağazalarda spirtli içkilərin satışına da qadağa qoyulub.

Qaydaya əsasən, qeyd edilən vaxtlarda spirtli içkilərin içilməsinə görə 150 avro, satışına görə 280 avro cərimə təyin edilib.

Qeyd olunur ki, bu qadağa yay aylarını əhatə edəcək və oktyabr ayınadək davam edəcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az