Roma Papası yüngül əxlaqlı qadınlardan üzr istədi

Papa keçmişi pis olan 20 qadının həyat hekayəsini dinlədi…
Roma Papası Fransisk onlara qarşı istismar və təcavüz hərəkətlərinə yol verənlərin adından üzr istəyib.
“Din.az”ın məlumatına görə, “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, dünən gecə Fransisk planlaşdırılmadan Vatikanı tərk edərək hazırda 20 keçmiş fahişənin yaşadığı Roma Papası XXIII İonnanın katolik cəmiyyətinə gedib.
Cəmiyyətdə bir saata qədər qalan Papa qızların tək-tək həyat hekayələrini dinləyib. Onların hamısı İtaliyaya işləmək məqsədilə gəlsələr də, daha sonra sənədləri əllərindən alınaraq fahişəliyə cəlb edilmiş qadınlardır:
“Sizə əzab çəkdirən bütün insanlara görə üzr istəyirəm. Sizi gözləyən sabaha ümidlə yaşayın”.