Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Roma papası İtaliya Kuboku öncəsi “Yuventus” və “Latsio”ya xeyir-dua verib

“Mən sizə sədaqət, düzgünlük, harmoniya və humanizm nümunəsi olmağı arzulayıram”.

Roma papası Fransisk Vatikandakı Apostol sarayında bu gün futbol üzrə İtaliya Kubokunun final oyununda üz-üzə gələcək “Yuventus” və “Latsio” klublarının nümayəndə heyətlərini qəbul edib.

Din.az “Report”a istinadən xəbər verir ki, görüşdə futbolçu və məşqçilərdən savayı, hər iki klubun rəhbəri, həmçinin İtaliya Futbol Federasiyasının rəhbəri Karlo Tavekkio iştirak edib.

“Peşəkar futbolun, xüsusilə də gənc insanlar arasında hansı diqqəti cəlb etdiyini həmişə xatırlayın. Sizin üzərinizə böyük məsuliyyət düşür. Mən sizə sədaqət, düzgünlük, harmoniya və humanizm nümunəsi olmağı arzulayıram”, – deyə Roma papası bildirib.

İtaliya Kuboku uğrunda həlledici görüş bu gün Romanın “Olimpiko” stadionunda keçiriləcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az