Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Roma Papası Azərbaycan prezidentinə məktub göndərib

“Allahdan Azərbaycan vətəndaşlarının hər birinə xoşbəxtlik və firavanlıq diləyirəm”.

Roma Papası Fransisk Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.

Din.az APA-ya istinadən xəbər verir ki, məktubda belə deyilir:

“Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə, eləcə də həmvətənlərinizə səmimi təbriklərimi çatdırmaqdan sevinc duyuram. Ölkənizə bu yaxınlarda etdiyim səfərimi məmnunluqla xatırlayaraq, Allahdan Azərbaycan vətəndaşlarının hər birinə xoşbəxtlik və firavanlıq diləyirəm. Ulu Tanrının mərhəməti Zati-alinizin, ölkənizin rəhbərliyinin və Azərbaycan xalqının üzərində olsun”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az