Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

RƏSULULLAHA İTAƏT EDƏK…

“Kim Elçiyə itaət edərsə, Allaha itaət etmiş olar”.

Quran dəfələrlə “Allah və elçisinə itaət edin” deyir. (Ali İmran 32, 132, Maidə 92, Ənfal 20, 24, 46, Nisa 13, 59, Tövbə 71, Nur 52, 54, Əhzab 71, Muhəmməd 33, Hucurat 14)

Deməli, deyirlər ki “Allaha itaət Qurandır, elçiyə itaət isə bizim hədislər. Çünki, Allah və elçisinə itaət ayələrində “və” bağlayıcısı var, buda iki şeyi bir birindən ayırır. Yani, Allah başqa elçi başqa”…

Bu iddia ilk baxışdan tutarlı görsənir, amma biraz dərinə düşürsən və görürsən ki, əslində, bu iddianın tutarlı bir tərəfi yoxdur. İnşallah, mən sizə bunu bir neçə yöndən göstərəcəm.

 

  1. Bir şeyə ciddi diqqət edin! Hədis kitablarını yazana qədər hamı bilirdi ki, dinin tək qaynağı Qurandır, hədis kitabları yazılandan sonra başladılar ayələrlə oynamaqa ki, burda bizim hədislərdən bəhs edir deyə. Çox maraqlıdır, niyə peyğəmbər, səhabələr və.s hədis kitablarını yazan şəxslərə qədər hamı dinin tək qaynağı Quran bilib ? Niyə peyğəmbər “dinin qaynağı olan hədisləri” yazmayıb və yazdırmayıb və səhabələr və.s heç biri yazmayıb ? Çünki, peyğəmbər də, səhabələr də hamısı bilib ki, dinin tək qaynağı Qurandır, sadəcə rəvayətçilər Allaha din öyrətdiylərindən belə ediblər. Yani, Allah dini naqis göndərib biz Allah’ın yarımçıq qoyduqnu tamamlayırıq…

49:16. De: “Siz dininizi Allah’amı öyrədirsiniz?” Halbuki Allah göylərdə olanları da, yerdə olanları da bilir. Allah hər şeyi bilir.

Allah da, ona din öyrətməyə çalışıb və əlləri ilə kitab yazıb “bu, Allah qatındandır” deyənlərə özü cavav verir.

2:79. Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: “Bu, Allah tərəfindəndir!”– deyirlər ki, onunla cüzi miqdarda pul əldə edə bilsinlər. Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qazandıqları şeyə görə vay onların halına!

Halbuki, Allah demişdi ki, əvvəlkilərin düşdüyü bəlaya düşməyin.

57:16. Allah’ın mesajı və haqdan nazil olanla inananların qəlblərinin yumşalması vaxtı gəlib çatmadımı ? Daha öncə özlərinə Kitab verilənlər kimi olmasınlar; onlar uzun bir müddət keçincə qəlbləri sərtləşmiş, çoxusu da yoldan çıxmış kimsələrdir.

Amma, Allah’ın bu tövsiyyələrinə əhəmiyuət vermədilər. Hədid 16 açıq göstərir ki, bu ümmət də peyğəmbərin vəfatından sonra Allah’ın mesajına qarşı qəlbləri sərtləşmiş və yoldan çıxıblar, ona görə də Rəsulallah din günündə bu ümmətdən şikayəti olacaq…

25:30. Elçi: “Ey Rəbbim! Xalqım bu Quranı tərk edilmiş buraxdı!”– deyəcək.

Hədisi, sünnəti yox Quranı tərk etdilər.

İlk gördük ki, həqiqətən, iddia çox tutarsızdır, çünki heç kim hədisləri yazmayıb, bu sonrasan uydurulub və Allaha nisbət verilib.

 

  1. Əslində çox gözəl bilirlər ki, onların dediyi kimi deyil. Məsələn mən “sizi və ailənizi məclisimizə dəvət edirik” deyəndə, siz ailənizdən ayrı olursuz ? Siz və ailəniz ayrı ayrı şeylərdir ? Görürsüz ki, ayrı deyil, bu, hər dildə olan bir qaydadır. Bunun üçün Qurandan misallar verim:

2:279. Bunu etməsəniz, Allah’ın və Onun Elçisinin sizə müharibə elan etdiyini bilin. Yox, əgər tövbə etsəniz, sərmayəniz sizindir. Nə siz zülm edərsiniz, nə də sizə zülm olunar.

5:33. Allaha və Onun Elçisinə qarşı müharibə edənlərin və yer üzündə fəsad törətməyə səy göstərənlərin cəzası ancaq öldürülmək, və ya asılmaq, ya əl və ayaqlarını çarpazvari kəsmək və yaxud da yaşadıqları yerdən sürgün edilməkdir. Bu, onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir.

9:107. (Müsəlmanlara) zərər vurmaq, inkar etmək, möminlərin arasına ayrılıq salmaq məqsədilə, əvvəlcədən Allaha və Onun Elçisinə qarşı müharibə edən kimsəni gözləmək üçün məscid tikənlər, əlbəttə: “Biz sadəcə yaxşılıq istədik”(– deyə) and içəcəklər. Allah şahiddir ki, onlar yalançıdırlar.

…bu 3 ayədən gördüyünüz kimi, Allaha və Onun Elçisi ilə müharibə edənlərdən danışır. Allah və elçisinə qarşı necə müharibə edirlər ? Allah ilə başqa elçi ilə başqa müharibə edirlər ?

 

başqa misal:

4:100. Kim Allah üçün hicrət edərsə, yer üzündə çoxlu sığınacaq və bolluq tapar. Kim Allaha və Onun Elçisinə tərəf hicrət edərək evindən çıxdıqdan sonra da ölüm onu haqlayarsa, onun mükafatını Allah verər. Allah Bağışlayandır, Rəhmlidir.

…Allah və elçisinə tərəf necə hicrət edirlər ? Allah üçün başqa tərəfə elçi üçün başqa tərəfə hicrət edirlər ?

 

başqa misal:

8:1. Səndən qənimətlər haqqında soruşurlar. De: “Qənimətlər Allaha və Elçisinə aiddir”.

… Qənimətlər necə Allaha çatır ? İndi Muhəmməd ölüb onda qənimətlər Muhəmmədə necə çatacaq ?

 

başqa misal:

9:1. (Bu,) Allah və Onun Elçisindən əhd bağladığınız şərik qoşanlara bir xəbərdarlıqdır.

…burda Allahdan başqa və elçidən başqa bir xəbərdarlıqdır ? Yoxsa Allah ilə elçi bir yerdə məsləhətləşib xəbərdarlıq edirlər ?

 

başqa misal:

33:57. Şübhə yoxdur ki, Allahı və Onun Elçisini incidənləri Allah həm bu dünyada, həm də Axirətdə (rəhmətindən) kənarlaşdırmış və onlara alçaldıcı bir əzab hazırlamışdır.

…Allahı və elçinini incitmək ayrı-ayrıdır ? Yani, elçini incitmək Allahı incitmək sayılmır ? Allahı başqa cür elçini başqa cür incidirlər ? Ümumiyyətcə Allahı incitmək mümkdündürmü ?

 

başqa misal:

49:1. Ey inananlar! (Heç bir şeydə) Allahı və Onun Elçisini qabaqlamayın. Allah’dan çəkinin! Həqiqətən, Allah Eşidəndir, Biləndir.

 

…Allahı və elçisini necə qabaqlamaq olar ? Allahı başqa elçini başqa qabaqlıyırsan ? Olaki, elçini qabaqlayasan, amma Allahı qabaqlamayasan ? Mümkündür bu ?

 

başqa misal:

9:90. Ərəblərdən üzrlü olduqlarını iddia edənlər (evdə qalmaq üçün) onlara icazə verilsin deyə gəldilər. Allaha və Onun Elçisinə yalan danışanlar isə (evdə) oturdular. Onlardan inkarçı olanlara üzücü bir əzab üz verəcəkdir.

…Allah və elçisinə necə yalan danışmaq olar ? Allaha başqa, elçiyə başqa yalan danışırlar? Ümumiyyətlə Allahla danışmaq mümkündürki, yalan danıışmaqda olsun ? Yoxsa elçiyə yalan danışmaq elə Allaha yalan danışmaqdır ?

Və.s… Quranda bu sayda çoxlu misal var. Gördüyünüz kimi, bunlar əslində ayrı-ayrı şeylər deyil, bu hər dildə olan qaydadır.

 

  1. Yuxarıda misallarla göstərdim ki, əslində VƏ bağlayıcı ayırmır onları, yani elçini incitmək Allahı incitməkdir, elçi başqa Allah başqa incidilmir. Bunun üçün belə misal verim:

24:48. Aralarında hökm vermək üçün Allah’ın və Onun Elçisinin yanına çağırıldıqları zaman onlardan bir dəstə üz çevirir.

…Indi siz, bu ayəni götürüb elçinin aramızda hökm verməsi hədislərdir deyəcəksiz ? Xeyr, yanlış edəcəksiz. Çünki, onlar ayrı-ayrı şeylər deyil. Çünki, elçi kitabla hökm edir, yani Allahın qanunları ilə, elçinin başqa hökmü yoxdur:

4:105. Həqiqətən, Biz sənə Kitabı haqq olaraq endirdik ki, insanlar arasında Allah’ın sənə göstərdiyi ilə hökm verəsən. Odur ki, xainləri müdafiə edənlərdən olma.

Elə isə onların arasında Allah’ın (sənə) endirdiyi (Kitab) ilə hökm ver. (Maidə 48, 49)

3:23. Kitabdan özlərinə bir pay verilmiş kəsləri görmədinmi? Onlar, aralarında hökm versin deyə, Allah’ın Kitabına dəvət olunurlar, sonra da onlardan bir dəstə (haqdan) üz çevirir.

…demək ki, bu üz çevirənlər aralarında Allahın kitabı ilə hökm olunacaqlar deyə üz çevirirlər, yani Allah və elçisi ayrı-ayrı şeylər deyil…

Dediyim kimi, bu hər dildə olan bir şeydir, eləcə də ərəb dilində də belə bir qayda var və Allah Quranda da bu üslubda ayələr nazil edib və bunu doğru anlamaq üçün diqqətli olmaq və yaxşı incələmək lazımdır.

O zaman Allah və elçisinə itaət ayələrini necə anlamalıyıq ?

Cavab: Quranın 50-dən çox sifəti var və sifətlərindən biri də “elçi” sifətidir. Yani, Muhəmməd peyğəmbər sağ olanda ondan soruşurdular və o ayədə deyildiyi kimi yalnız Allahın kitabıyla hökm edirdi. Və Muhəmməd peyğəmbər öləndən sonra bu elçilik keçdi Qurana, ona görə Quranın sifətlərindən biridə elçidir. Diqqətlə baxın:

3:101. Sizə Allah’ın ayələri oxunduğu və Onun Elçisi sizinlə olduğu bir vaxtda, siz necə inkar edirsiniz? Kim Allaha möhkəm bağlanarsa, həqiqətən də, doğru yola yönəlmiş olar.

… Ayələr bizə oxunur, bəs Muhəmməd peyğəmbər aramızdadır ? Yox, ölüb. O zaman aramızda olan elçi kimdir ? (Səbrli olun)

3:53. Ey Rəbbimiz! Biz sənin endirdiyinə iman etdik və elçinin ardınca getdik. Bizi də şahidlərlə bir yerdə yaz!”

…Həvarilər deyir ki “endirdiyinə iman etdik və elçinin ardınca getdik”… Demək ki, elçinin ardnca getmək kitaba imandır. Digər bir ayədə deyir:

8:20. Ey inananlar! Allaha və Onun Elçisinə itaət edin, eşitdiyiniz halda ondan üz döndərməyin.

…Bu ayədə isə deyir “Allaha və Onun Elçisinə itaət edin, eşitdiyiniz halda ONDAN üz döndərməyin”.. Diqqət edin! ONDAN deyir, o ikisindən (anhuma) yox, yani bir dənə şeydən danışır “anHU” (ondan).. Burdakı, hu (o) zəmri Allaha qayıdır, demək ki, Allah və elçisi ayrı-ayrı şeylər deyil. Başqa ayədə deyir:

2:89. Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir KİTAB (Quran) gəldikdə onu (inkar etdilər).

2:101. Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir ELÇİ gəldikdə Kitab verilənlərdən bir dəstə guya (həqiqəti) bilmirmiş kimi Allah’ın KİTABINA arxa çevirdilər.

…Bu iki ayəyə diqqət edin! İkisi də eyni məzmunda ayədir. Allah birində KİTAB birində isə ELÇİ deyir. Və ayənin sonunda da kitaba üz çevidiklərini deyir. Niyə iki eyni məzmunda olan ayədə birində “kitab” birində “elçi” deyir ? Çünki, O elçi kitab idi, yani Quran özü elçidir. Ona görə onlar elçi olan kitadan üz çevirdilər. Yani, Elçini orda burda, nağıl kitablarında axtarmayın, buyurun sizə elçi, həm də daim aramızda olan elçi, buyurun itaət edin. Yani, Allah və elçisinə itaət elə Qurana itaətdir. Aramızda, bizimlə olan elçi budur:

6:155. Bu, Bizim endirdiyimiz mübarək bir Kitabdır. Ona tabe olun və (Allah’dan) çəkinin ki, bəlkə sizə rəhm oluna.

Quran bizim dediyimizi təsdiq, onların dediklərini inkar edir. Çünki,

 

  1. a) Muhəmməd peyğəmbərin tək vəzifəsi təbliğ (çatdırmaq) olub:

Elçinin üzərinə düşən ancaq çatdırmaqdır. (Maidə 99, Ali İmran 20, Maidə 92, Rad 40, Nəhl 82, Nur 54, Ənkəbut 18, Yasin 17, Şura 48,Təğabun 12)

 

  1. b) Yalnız Qurana tabe idi:

Rəbbindən sənə vəhy olunana tabe ol! (Ənam 106, Əhzab 2, Yunus 109, Zuxruf 43)

De: Mən yalnız mənə vəhy olunana tabe oluram. (Ənam 50, Ənam 57, Əraf 203, Yunus 15, Ənqaf 9, Ənbiya 45)

 

  1. c) Bizi sadəcə Quranla xəbərdarlıq edirdi:

21:45. De: “Mən sizi ancaq vəhy ilə xəbərdar edirəm”. Karlar, xəbərdar edilsələr də, çağırışı eşitməzlər.

… Ayənin sonu çox maraqlıdır. Karlar eşitməzlər bunu. Karları yalnız Quranla xəbərdarlqı edəndə eşitmirlər. Digər bir ayədə deyir:

6:19. De: Bu Quran mənə vəhy olundu ki, onunla sizi və onun çatacağı hər kəsi xəbərdar edim.

… Quranla xəbərdar edir bizi. Başqa bir şeylə deyil.

 

  1. d) Bizə sadəcə Quranla öyüd-nəsihət verir:

50:45. Biz onların nə dediklərini yaxşı bilirik. Sən onları məcbur edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver!

 

  1. e) Biz sadəcə Qurandan sorğu-sual olacayıq:

43:43. Odur ki, sən özünə vəhy olunan (ayələrə) sarıl! Əslində, sən doğru yoldasan.

43:44. Doğrusu, bu (Quran) sənin üçün və sənin xalqın üçün bir xəbərdarlıqdır. Siz sorğu-suala tutulacaqsınız.

 

… Qurana möhkəım sarılın, siz ondan sorğu-sual olacaqsız.

Gördüyünüz kimi, Allah və elçisinə itaət ayrı-ayrı şeylər deyil, Muhəmməd peyğəmbər sadəcə Qurana tabe idi, ona görə də biz də onun ardıyca getmək üçün sadəcə Qurana tabe olaq. Ənam 19-da özü öz diliylə deyib ki, sadəcə Quranla xəbərdarlıq edir bizi. Başqa bir şeylə deyil, sadəcə Quran, yalnız Quran, bütövlüklə Quran:

4:174. Ey insanlar! Sizə Rəbbinizdən tutarlı dəlil gəldi və Biz sizə aydın bir işıq (Quran) endirdik.

4:175. Allaha iman edən və Ondan möhkəm yapışan şəxsləri isə (Allah) Özündən bir rəhmətə və lütfünə qovuşduracaq və onları Özünə tərəf (gedən) doğru yola yönəldəcəkdir.

Nəticə; Allah və elçisinə itaət edin “Quran və hədislərə itaət edin” demək deyil, Allah’ın elçisinə verdiyi Qurana itaət edin deməkdir.

4:80. Kim Elçiyə itaət edərsə, Allaha itaət etmiş olar.

Bəs necə oldu ki, peyğəmərdən yüz illər sonra bu ayələrə yanlış məna verildi ? Təbii ki, öz əlləri ilə nağıl yazıb Allaha nisbət verən yahudi və xristianlardan kimi oldular. Deməli, xristianlara görə Allah yerin-göyün səlahətini İsa’ya verib:

İsa yaxınlaşıb onlara dedi: «Göydə və yer üzündə bütün səlahiyyət Mənə verilmişdir. (İncil “matta” fəsil 28:18)

…indi bizimkilər də gərək ona nisbət bir şey uydurmalıdırlar axı, çünki bu adətir ki, xristianlar İsa üçün nə uydurmuşdusa, eynisi Muhəmməd peyğəmbər haqqında da oldu. Ona görə də, xristianların düşdükləri oyuna düşərək, İsa’ya bütün səlahiyyət verilibsə, Muhəmməd niyə ondan geri qalsınki…. Və beləcə dini təhrif etdilər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az