Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Ramzan Kadırov “İslam qəhrəmanı” oldu

Ramzan Kadırovun “Yerusəlim ulduzu” ordeni ilə təltif edilməsi haqqında qərar verilib.

Rusiyanın Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov “İslam qəhrəmanı” titulu və “Yerusəlim ulduzu” ordeni ilə təltif olunub.

Din.az bildirir ki, mükafatlar R.Kadırova “İslam sülh və mərhəmət carçısıdır” beynəlxalq dini konfransı zamanı təqdim edilib.

Ümumdünya İslam Liqasının baş katibi Məhəmməd Abdulkərim Al-İssa konfransda bildirib ki, Fələstin Dövlətinin başçısı Mahmud Abbas Ramzan Kadırovun “Yerusəlim ulduzu” ordeni ilə təltif edilməsi haqqında qərar qəbul edib.

“İslam sülh və mərhəmət carçısıdır” beynəlxalq dini konfransı Çeçenistanın paytaxtı Qroznıda keçirilir. Konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə də iştirak edir. Foruma 43 ölkənin nümayəndələri qatılıblar. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az