Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

RAMZAN KADIROV: ALLAH QORUSUN! BELƏLƏRİ BİZDƏN UZAQ OLSUN – VİDEO

Kadırov: “Geyləri Kanadaya aparın”.

Çeçenistan rəhbəri Ramzan Kadırov ABŞ-ın NVO telekanalına verdiyi müsahibəsində qeyri-ənənəvi seksual orientasiyaya malik insanların təqib edildiyinə dair xəbərləri cəfəngiyat adlandırıb, Çeçenistanda belə insanların sadəcə olmadığını deyib.

Din.az Oxu.Az-a istinadən xəbər verir ki, Kadırov, belə insanlar meydana çıxarsa onları Kanadaya aparılmasını xahiş edib.

“Bu cəfəngiyyatdır, bizdə belə insanlar yoxdur. Bizdə gey yoxdur! Əgər varsa Kanadaya aparın. Allah qorusun! Belələri bizdən uzaq olsun, mümkün qədər uzaq”, – çeçen lideri jurnalistlə söhbət zamanı bildirib.

Çeçenistanda geylərə işgəncə verildiyi və qətlə yetirildiyinə dair KİV-də yayılan məlumatlara gəldikdə isə Kadırov bəyan edib ki, bu şayiələri yayanlar şeytana qulluq edirlər və Allah qarşısında cavab verməli olacaqlar.
“Onlar şeytandırlar, satqındırlar, onlar insan deyillər. Bizə böhtan atdıqları üçün onlara lənət olsun. Onlar Allah qarşısında bunun üçün cavab verməli olacaqlar”, – Ramzan Kadırov bəyan edib.

Daha öncə Ramzan Kadırov Fransa prezidentinin Vladimir Putin ilə görüş zamanı “geylərin Çeçenistanda vəziyyətini müzakirə etdiyinə” dair bəyanatından sonra Fransa prezidenti Emmanuel Makronu və Almaniya kansleri Angela Merkeli Çeçenistana dəvət etmişdi. Kadırov qeyd edib ki, bu səfər nəticəsində hər iki avropalı lider regiondakı vəziyyəti şəxsən qiymətləndir biləcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az