RAMAZANDA XURMA YEMƏYİN FAYDALARI

Xurma meyvəsinin müxtəlif faydaları.
Ramazan ayında iftar süfrələrinin əsas təamlarından biri də xurmadır.
Din.az “Milli.Az”a istinadən xurmadan məhz bu ayda daha çox istifadə olunmasının səbəblərini təqdim edir:
Alimlərin araşdırmalarına görə, xurma ürək xəstəliklərinə və mədədə olan narahatlığa faydalıdır.
Qurani-Kərimdə də adı çəkilən xurmanın vətəni Ərəbisdan yarımadası və Şimali Afrika ölkələridir. Məhəmməd Peyğəmbər xurma haqqında deyib: “Möminin imsakını xurma ilə başlaması necə gözəldir. Oruc tutanlar xurma ilə iftar açsın. Çünki xurma bərəkətlidir”.
Xurma tərkibində protein və karbohidrat daşıyan yeganə meyvədir. Bu səbəbdən oruc tudan insanların xurma ilə qidalanması onların bütün ehtiyaclarını qarşılayır.
B1 və B2 vitaminləri ilə zəngin olan xurma qaraciyəri də gücləndirir.
Xurma halsızlığı aradan götürür ki, bu da oruc tudan insanlar üçün ən vacibidir.