Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Ramazanda mədə-bağırsaqdakı köpü bu yolla aradan qaldıra bilərsiz- MƏSLƏHƏT

Ramazanla bağlı tövsiyələr …

Artıq ramazanın tən orta günlərindəyik.
Din.az xəbər verir ki, qidalanma müddətlərinin dəyişməsi, 15-16 saat ac və susuz qalmaq mədə bağırsaq sistemimizdə öz fəsadlarını göstərir. Xüsusu ilə də qəbizlik, köpmə kimi fəsadlarla özünü biruzə verir.

Bu baxıma mütəxəsislər fiziologiaymızın və ruhumuzun zədələnməməsi üçün yuxuya diqqət etməli olduğumuzu vurğulayır. Belə ki, ən azı 6 ən çoxu isə 8 saat yatmaq lazımdır ki, mədə həmz edə, qidaları tam mənimsəyə bilsin.

Bir digər önəmli məqam isə maye istifadəsidir. İftar imsak aralığında 2-2,5 litr maye qəbul etmək lazımdır ki, onun da 1-1,5 litri saf su, yarım litri isə təbii qazlı içkilər olmalıdır.

Ramazanda iftar imsak arasındakı müddət az olduğu üçün üst-üstə yeyilən yeməklər mədə-bağırsaq sisyemində çətinlik törədir. Məhz buna görə də orqanlarımızın yükünü azaldacaq, iştahımızı balanslaşdıracaq, qara ciyəri yormayacaq, qanda şəkərin miqdarını kəskin sala biləcək qidalardan uzaq durmalıyıq. Çünki bədəni yorulan insanın ruhu da əziyyət çəkir.

Bu dövrdə probiotiklər- xoş bakteriyalar bədənin müavinətini artırır, xəstəliklərdən müdafiyəyə kömək olur. Əlavə dəstək qida maddəsi olaraq gündə bir dəfə su, süd, qatıq kimi məhsullara qatılaraq istifadə edilməsi isti keçən Ramazan ayında orqanizmdə müsbət təsirini göstərəcəkdir.

Mütəxəsislərin fikrincə buğda, çovdar, orqanik, geni dəyişdirilməmiş çörək və unlu məmulatların istifadəsi, imsakın 30-40 dəqiqə əvvəl yekunlaşdırılması gün boyu orqanizmi daha sağlam və tox tutur.
Dietoloqların məsləhətlərinə görə, 1 stəkan light südün içinə praobyotik, 2,5 yemək qaşığı gerkules , 60 qram banan və 1 yemək qaşığı kakao əlavə edilərək istifadə edilə bilər.

Bütün qida mütəxəsisləri yumurtanın faydalarından danışır. Belə ki, adıçəkilən qida insanı 36 saat enerjili saxlaya bilir.

İftara ilıq su, xurma, daha sonra kiçik bir kasa şorba ilə başlanmalıdır. 10-15 dəqiqə sonra isə ət-tərəvəz məhsullarından, paxlalı bitkilərdən ibarət menyu hazırlana bilər. Ət məhsullarında isə 120-150 qramdan çox və həftədə iki dəfədən artıq istifadə məqsədəuyğun sayılmır.
Gecə saat 23:00-dan sonra imsaka qədər yemək yeyilməsi məsləhətli deyil. İftar imsak arasında mütləq yatmaq lazımdır. Çünki gecə yuxusu qan şəkərini tarazlı saxlayır və iştah tənzimləməsinə də təsir edir.
Onu da qeyd edək ki, iftar və imsak edildikdən ən azı bir saat sonra yatmaq daha az kökəlmə və narahatlığa səbəb olar.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az