Ramazan bitdi, amma min nəfər xəstəxanalıq oldu – ZƏHƏR

Ramazandan sonra xəstəxanaya müraciət edənlərin sayı artır.
Türkiyənin Tekirdağ bölgəsində Ramazan tətili ərzində təxminən min nəfər xəstəxanaya müraciət edib.
Din.az “A24.Az”a istinadən xəbər verir ki, buna səbəb həmin şəxslərin həddən artıq un məmulatı və şirniyyat yemələri olub.
Bununla bağlı olaraq, Çerkezköy Dövlət Xəstəxanası Təcili Yardım Xidməti gərgin iş qrafiki ilə çalışıb.
Xəstəxanadan verilən məlumata görə, xəstələr əsasən qarın ağrısı, mədə ağrısı, ürək bulanması, baş gicəllənməsi və təzyiqlə bağlı müraciət ediblər.