Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

RAMAZAN AYININ BAŞLANACAĞI TARİX AÇIQLANDI

Ramazan bayramı isə iyunun 26-da qeyd olunacaq.

Bu il Azərbaycanda Ramazan ayı Miladi təqvimlə mayın 27-də başlayacaq.

“Din.az” xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) hazırladığı təqvimə əsasən Ramazan ayının hilalı Azərbaycan üfüqündə mayın 26-da görünəcək. Mayın 27-də Ramazan ayı başlayır.

Ramazan ayının ilk Qədr gecəsi (əhya) iyunun 13-də olacaq. Növbəti Qədr gecələri isə iyunun 15-nə, 17-nə, sonuncusu isə 21-nə təsadüf edəcək. Ramazan bayramı isə iyunun 26-da qeyd olunacaq.

Bu il Qurban bayramı Miladi təqvimlə sentyabrın 1-nə təsadüf edəcək.

Bu il Məhərrəm ayının 1-i Miladi təqvimlə sentyabrın 22-nə düşür. Aşura isə oktyabrın 1-də qeyd olunacaq. Oktyabrın 20-də Məhərrəm ayı başa çatır. Matəm aylarından hesab olunan səfər ayının bitməsi isə miladi təqvimlə noyabrın 19-na təsadüf edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az