RAMAZAN AYINDA İFTAR AZANININ İKİ DƏFƏ OXUNDUĞU YER – VİDEO

Hər gün 8 dəqiqə fasilə ilə iki dəfə azan oxunur.
Türkiyənin İran, Naxçıvan və Ermənistan sərhəddində yerləşən Iğdırlı vətəndaşlar arasındakı məzhəb fərqi ilə əlaqədar Ramazan ayında hər gün 8 dəqiqə fasilə ilə iki dəfə azan oxunur.
Din.az xəbər verir ki, Iğdırın bir hissəsi sünni, bir qismi isə cəfəridir. Hər iki məzhəb üçün isə bu problem deyil. Belə ki, Ramazanda orucun açıldığı bir vaxtda azan ilk olaraq sünnilər üçün oxunur. 8 dəqiqədən sonra isə cəfərilər orucunu ikinci azanın sədaları altında açmağa başlayır.
Bu tablo isə fərqli inanclar içərisində birlikdə yaşaya bilməyin zənginliyini gözlər önünə sərir.
Türkiyə mediasında yayımlanan videoxəbəri siz təqdim edirik: