Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

RAHİBDƏN SƏRT CAVAB: “İKİ ERKƏK ASLANIN MÜNASİBƏTDƏ OLDUĞUNU GÖRMÜSÜZMÜ?”

“Homoseksuallıq ümumi olaraq təbiətə ziddir”.

Cənubi Afrikanın Soveto şəhərində yerləşən bir kilsədə baş rahib Daq Hevard Mills qalmaqallı açıqlama verib.

“Din.az” “A24.Az”a istinadən xəbər verir ki, o, homoseksualları anormal, təbiətə zidd varlıqlar adlandırıb. Baş rahibinin “Təbiətə fikir verin, hər şey aydındır. İki erkək aslanın, iki erkək filin, iki erkək itin aralarında elə bir münasibət görmək qeyri-mümkündür. Bu hadisə ümumən təbiətə ziddir” fikirləri etiraza səbəb olub.

Etiraza qatılan LGBT fəalı Motsau Motsau rahibə cavab verib. O, qeyd edib ki, onun kimi homoseksuallar kilisənin vəya digər dini qurumların onları qəbul etməsini qəti halda istəmirlər.

“Buraya bizə qarşı sərgilənən münasibətin dini aspektini müzakirə etmək üçün gəlməmişik. Biz sadəcə cəmiyyətin hər bir təbəqə və qurumundan eyni ölçüdə hörmət gözləyirik”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az