Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

R.T.ƏRDOĞAN SƏRT DANIŞDI: “BU, İSLAM DÜŞMƏNÇİLİYİNİN NƏTİCƏSİDİR”

“Mən Almaniyada nazirlərimizin Türkiyə vətəndaşları ilə görüşünə icazə verilməyəndə bunu faşizmlə əlaqələndirmişdim”.

“Son bir neçə gündə Qərb əsl üzünü göstərdi”

“Din.az”ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan deyib ki, Niderlandda baş verən olay islamafobiyadan xəbər verir: “Mən Almaniyada nazirlərimizin Türkiyə vətəndaşları ilə görüşünə icazə verilməyəndə bunu faşizmlə əlaqələndirmişdim. Niderlandda nə baş verdi? Bir ölkənin nazirinə konsulluqda vətəndaşları ilə görüşə icazə verməmək heç bir çərçivəyə sığmır, beynəlxalq hüququn tapdanması, islam düşmənçiliyinin nəticəsidir. Faşizm Avropada yaşayır. Yalnız faşist yanaşma ilə bu görüşlərə icazə verməmək mümkündür. Hollandiya çərşənbə günü keçiriləcək parlament seçkilərinə görə Türkiyə ilə münasibətlərə zərbə vurursa, bunun cavabını alacaq. Avropa irqçiliyə gedir.Avropa İttifaqıharadadır? Niderlandda türklərin üzərinə itlərlə gələnlər bunun cavabını alacaqlar. Diplomatiya nədir, onu da öyrənəcəklər. Avropadakı türklərə deyirəm ki, qonşularını da götürüb, tətilə Türkiyəyə gəlsinlər. O xaricilər Türkiyənin qonaqpərvərliyini görəcəklər. Avropadakı türklərə səbirli olmağı, ayaq üstə dik durmağı tövsiyə edirəm” .

Türkiyə prezidenti Almaniyanın Dövlət Televiziyası Türkiyədə Konstitusiyaya dəyişikliklə bağlı təklifləri yanlış çatdırdığına da diqqət çəkib: “Bununla referendumun əleyhinə olduqlarını ortaya qoyurlar. Türkiyədəki referendumun Almaniyaya nə dəxli var?”.

Ərdoğan qeyd edib ki, Türkiyə gücləndikcə narahat olanlar var: “Bu gün Suriyada PKK terrorçularının əllərində Qərb ölkələrinin silahları var. İnkar etməyə çalışırlar, ancaq faktlar ortadadır. Biz Suriyada Gerablusu, Dabıkı, Babı İŞİD terrorçularından təmizlədik. Növbədə Menbic var, Rusiya səfərimdə də bunu müzakirə etdik. Suriyanın şimalında bir terror dövlətinin qurulmasına yol verməyəcəyik. PKK-nınSuriyaqolu PYD/YPG Suriyada dövlət qura bilməyəcək. Türkiyə Silahlı Qüvvələri, müxalif Azad Suriya Ordusu buna yol verməyəcək. İnşallah, Türkiyədə referendumun keçiriləcəyi 16 aprel bir daha şər qüvvələrin oyununun pozulduğu gün olacaq. 16 apreldə Türkiyə xalqı daha bir parlaq sabaha göz açacaq ”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az