Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Qurban bayramında heyvan kəsimi üçün çadırlar qurulacaq

Bakıda və regionlarda bayram vaxtı heyvan kəsimi ilə bağlı çadırlar quraşdırılacaq.

Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramına hazırlıq işləri görür.

Din.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qurumun fəaliyyətinin ildönümünə həsr olunmuş mətbuat konfransında deyib.

Q.Təhməzli bildirib ki, Bakıda və regionlarda bayram vaxtı heyvan kəsimi ilə bağlı çadırlar quraşdırılacaq:

“Bu çadırlar, heç olmasa, minimum standartları özündə cəmləşdirən heyvan kəsimi çadırları olmalıdır”.

AQTA sədri vurğulayıb ki, Qurban bayramında bir çox yerlərdə heyvan kəsimi ilə bağlı vəziyyət sözün əsl mənasında biabırçılıqdır. Bu, istənilən xəstəliyin yayılmasına səbəb ola bilər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az