Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“QURBAN BAYRAMI XEYİRXAHLIĞIN ƏN PARLAQ NÜMUNƏLƏRİNDƏNDİR” – MÜBARİZ QURBANLI

“Qurban bayramı müsəlman dünyasında böyük nüfuz sahibi olan ölkəmizdə böyük ruh yüksəkliyi ilə qeyd olunur”.

Cəmiyyətə bərabərlik və mərhəmət kimi yüksək əxlaqi hisslər aşılayan Qurban bayramı xeyirxahlığın ən parlaq nümunələrindəndir.

Din.az Milli.Az-a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qurban bayramı münasibətilə xalqa ünvanladığı təbrikində bildirib.

Onun sözlərinə görə, şəfqət və humanizm duyğularını özündə ehtiva edən bu bayram müsəlman dünyasında böyük nüfuz sahibi olan ölkəmizdə ruh yüksəkliyi ilə qeyd olunur:

“Xalqımız öz adət-ənənələrinə, dininə, eləcə də milli-mənəvi dəyərlərinə hər zaman böyük ehtiram göstərib, hətta tarixin ən çətin dövrlərində də İslamın humanizm, qardaşlıq və mehribanlıq prinsiplərinə sadiqlik göstərərək Qurban bayramını qeyd edib. Müstəqilliyimizin bərpasından sonra bu günün rəsmi bayram elan olunması xalqımızın öz milli-dini ənənələrinə sıx bağlılığının nümunəsidir. Respublikamızda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması da dövlətimizin və onun başçısı cənab İlham Əliyevin İslam dininə verdiyi ali dəyərin bariz göstəricilərindəndir.

Sizin hər birinizi Qurban bayramı münasibəti ilə təbrik edir, süfrələrinizə ruzi-bərəkət arzulayıram.

Bayramınız mübarək!”

Qeyd edək ki, bu il Qurban bayramı Azərbaycanda sentyabrın 1-2 tarixlərində qeyd edilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az