Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Quranın insan sözü olmadığının ən mühüm dəlili

Dünyamız həqiqətən dəvəquşu yumurtasına bənzəyir.

Din.az Türkiyənin “hurriyet.com.tr” saytına istinadən Əmrə Dormanın məqaləsini sizə təqdim edir:

 

Dünyanın kürə formasında olması qədim Yunanıstanda da bilinən həqiqət idi.

“Yer üzünü də döşəyib yuvarlaq etdi”. (“Naziat” surəsi, 30)

Lakin Peyğəmbərimizin dövründəki insanlar bunları bilmirdilər. Bununla yanaşı, bir çox topluluqda dünyanın daha çox düz olduğu, məcməyi formasında olması fikri qəbul edilib. Dünyanın kürə formasında olduğu ilə bağlı fikrin bildirilməsi və bir qədər sonra bunun geniş yayılması isə XVI əsrə təsadüf edir.

Quran isə hələ VII əsrdə bu mövzuda insanlara doğru məlumat verərək möcüzəvi cəhəti insanların nəzərinə çatdırıb. Məsələn, ayənin ərəbcəsində “dahv” sözünün kökündən törəyən sözlər “yuvarlaqlıq” ifadə edir, “dəvəquşu yumurtası” kimi mənalara gəlir.

Dünyanın forması həqiqətən “dahv” sözünün ifadə etdiyi yuvarlaqlığa, yumurta formasına, dəvəquşu yumurtasına bənzəyir. Dünyamız həqiqətən dəvəquşu yumurtasına bənzəyir. Yəni tam şəkildə kürə formasında deyildir. Dünyanın hansı formaya malik olmasının Quranda açıqlanması Quranın insan sözü olmadığının mühüm dəlillərindəndir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az