Quranda Peyğəmbər sözü yoxdur! – ELŞAD MİRİDƏN açıqlama – VİDEO

“Peyğəmbər, namaz, dəstəmaz və sair kimi ifadələr dilimizə ərəb dilindən deyil, fars dilindən keçib”.
Tanınmış ilahiyyatçı Elşad Miri “Quranda Peyğəmbər sözü yoxdur” başlığı altında qısa videoçarx hazırlayıb.
Din.az xəbər verir ki, ilahiyyatçı yayımladığı videoda “nəbi” ilə “rəsul”sözlərinin anlayışlarını izah etməyə çalışıb.
“Peyğəmbər, namaz, dəstəmaz və sair kimi ifadələr dilimizə ərəb dilindən deyil, fars dilindən keçib. Halbuki ərəb dilində bu sözlərin fərqli mənaları var. Məsələn, ərəb dilində peyğəmbər sözü bizim başa düşdüyümüz şəkildə istifadə olunmur. İki ifadə işlədilir: biri “nəbi”, digəri isə “rəsul” sözüdür. Allah Quranda nəbilərə deyil, rəsula itaət etməyi deyib. O zaman rəsul nədir, nəbi nədir?”
Qeyd edək ki, ilahiyyatçının videoçəkiliş etdiyi məkan Finlandiyadır.
Din.az ilahiyyatçının qısa şəkildə izah etdiyi mövzunu videoda təqdim edir: