Quranda hər şey varmı?

Quranda hər bir problemin həllinə işıq tutan düsturlar var.
Bəziləri iddia edirlər ki, Quranda hər şey var. Hətta dediklərinə Qurandan iki ayəni də dəlil gətirirlər. Gətirdikləri dəlil də ayədəki «kitab» və «hər şey» sözlərinin yanaşı çəkilməsidir. Həmin ayələri qeyd edim:
«Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yolu göstərən rəhbər, mərhəmət və müjdə olaraq nazil etdik» («Nəhl» surəsi, 16/89).
«Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq» («Ənam» surəsi, 6/38).
Bu iki ayəni əsas olaraq qəbul edən bəzi müsəlman alimlər Qurandan çıxarılacaq 77450 elmin olduğunu iddia ediblər. Təəssüflər olsun ki, həmin alimlər iddia etdikləri elmlərin kəşfinə çalışmayıblar…
1. Ayələrdə qeyd edilən «kitab» sözündən Quranı başa düşüblər. Bu cür yanaşma isə tamamilə hissi, romantik bir yanaşmadır və reallıqdan uzaqdır. Çünki buradakı «kitab» sözü yaradılanların və vəhyin qeydiyyatının aparıldığı SSD (hard disk)dir.
2. «Hər şey» sözündən məqsəd isə «sonsuz məlumatlar», «məhdudiyyətsiz informasiyalar» deyil, qeyd edilən mövzu ilə əlaqəli məsələlər nəzərdə tutulur. Və bunun da bir çox misalı var.
Bəli, Quranda hər şey yoxdur, lakin həyatda üzləşə biləcəyimiz hər vəziyyətə tətbiq edəcəyimiz nümunələr var.
Quranda hər problemin həlli yoxdur, çünki problemlər bitməz-tükənməzdir. Lakin
Unutmamalıyıq ki, müəyyən düsturlarla müəyyən olmayan problemləri həll etmək mümkündür.
[contact-form][contact-field label=’Ad’ type=’name’ required=’1’/][contact-field label=’E-poçt’ type=’email’ required=’1’/][contact-field label=’Şərh’ type=’textarea’ required=’1’/][/contact-form]