Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“QURAN”A HÖRMƏTSİZLİK EDƏN MÜƏLLİM TƏQAÜDƏ GÖNDƏRİLDİ – VİDEO

Din müəllimi Hüseyn Aksoy təqaüdə çıxarıldı.

Türkiyədə İmam Xətib litseyində sinifdə Quran oxunarkən müəllimin ayaqlarını stola uzatmağı böyük səs-küyə səbəb olub.

“Din.az” “A24.az”a istinadən xəbər verir ki, müəllimin bu hərəkəti şagirdlər tərəfindən telefonla çəkilib və sosial medianı ayağa qaldırıb. Ərazi valiliyi müəllim haqqında təhqiqata başlayıb. Valiliyin qərarına əsasən, müəllim təqaüdə göndərilib.

Verilən açıqlamada bildiribilib ki, İmam Xətib litseyinin din müəllimi Hüseyn Aksoy 20 yanvar 2017-ci il tarixindən etibarən təqaüdə çıxarılıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az