QURAN NƏ DEMƏKDİR?

Daim oxunan və oxumaqla mənası bitməyən, əskilməyən kitab…
Din.az Türkiyənin “hurriyet.com.tr” saytına istinadən Əmrə Dormanın məqaləsini sizə təqdim edir:
Ən çox qəbul edilən fikrə əsasən, Quran “oxumaq” və “toplamaq” mənalarına gələn “Qaraə” kökündən törəyən sözdür. Daim oxunan və oxumaqla mənası bitməyən, əskilməyən kitabdır Quran. Quran Allahdan gələn ilahi buyuruqların aydın olaraq, haqqında düşünülərək və həyata tətbiq edilərək oxunması, Allahın buyuruqlarını, bu həyatda mövcud olma məqsədimizlə bağlı cavabları, ölümü və ölümdən sonra Allahın həm öz mənliyimizdə, həm də xarici dünyada yaratdığı möhtəşəm ayələrini açıqlayıb bəyan etməsi və bu açıqlamaları bir yerə toplaması səbəbilə bu adla xatırlanıb.