Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Quran kursunda uşağı döyüb öldürdülər – DƏHŞƏT

Quranın tədris edildiyi kursda inanılmaz hadisə…

Malyaziyanın Johor şəhərində Quranın tədris edildiyi kursda döyülən şagirdlərdən biri xəstəxanada dünyasını dəyişib.

“Din.az”ın Lent.az-a istinad etdiyi məlumatına görə, müdir müavini tərəfindən döyüldüyü iddia edilən 11 yaşlı uşağın ayaqları kəsildikdən sonra ölüb.

Yerli mətbuatda yayılan məlumatlarda qeyd edilir ki, ölən uşaq və daha 14 sinif yoldaşı məktəbdə səs saldıqları üçün şlanqla döyülüblər.

Ölən yeniyetmənin gündəliyində son yazdıqları isə yerli mətbuatda aşkara çıxıb.

Uşaq gündəliyində məktəbdə bir nəfərin səhvinə görə bütün uşaqların cəzalandırıldığını və sübh namazına çətinliklə durduqları üçün hər dəfə döyüldüklərini qeyd edib. Uşağın daha bir qeydi daha çox diqqət çəkib.

Belə ki, o, gündəliyində məktəbdəki sistematik döyülmə mexanizmindən bezdiyini dilə gətirib: “Sevgili Allah, nolar, elə et ki, anam və atam məni başqa məktəbə göndərsinlər. Yoxsa buna artıq dözə bilmirəm”.

Bildirilir ki, hadisədə adı hallanan müdir müavini saxlanılıb. Müdir isə bununla bağlı açıqlama verməyi rədd edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az