Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Quran ayələrini oxuyaraq Nobel mükafatı alan şəxs

Elm tarixindən qeydlər…

Muhəmməd Abdussalam (1926-1996) zəif elektrotəsir qüvvəsilə bağlı araşdırmalarına görə 1979-cu ildə fizika sahəsində Nobel mükafatı alan nəzəriyyəçi fizika alimidir.

“Din.az” Türkiyə mətbuatına istinad edir. Abdussalam onu elm sahəsinə yönləndirən qüvvənin Quran olduğunu bildirib. Fiziki araşdırmalarını həyata keçirərkən bir tərəfdən Qurana qulaq asıb, özündə Qurana qarşı daim maraq hiss edib. Abdussalam Nobel mükafatı alarkən Qurani-Kərimin “Mulk” surəsinin üç və dördüncü ayələrini oxuyaraq mükafatını alıb. Həmin ayələr belədir:

“O bir-birinə uyğun olan yeddi qat səmanı yaradandır. Rəhmanın yaratmasında hər hansı qüsur tapa bilməzsən. Dön bax. Orada hər hansı çat görürsən? Sonra bir daha diqqətlə bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir”. (67-“Mulk” surəsi, 3-4)

Abdussalam çıxışı zamanı belə deyib: “Əslində bu bütün fizika alimlərinin inancıdır. Araşdırmamızda nə qədər dərinə getsək, o qədər marağımız artacaq”.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az