Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

QÜDSDƏ DÖYÜŞMƏYƏ HAZIRAM – KADIROV

Kadırov: “Əl-Əqsa məscidini qorumağa hazıram”.

Səlahiyyətlərimi bir kənara qoyub həyatımın qalan hissəsini Qüdsdə yerləşən Əl-Əqsa məscidini qorumağa hazıram.

Din.az bildirir ki, bu açıqlama ilə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov çıxış edib.

“Səlahiyyətlərimi bir kənara qoyub, bütün müsəlmanlar üçün müqəddəs olan bu yerin təhlükəsizliyini təmin edən birliklərdə könüllü olaraq qulluq etməyə həyatım boyu hazıram”, – Kadırov qeyd edib.

Qeyd edək ki, İsrail 2 gün öncə Əl-Əqsa məscidində quraşdırdığı metal detektorları və kameraları ləğv edib. /Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az