Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Qüdsdə dinlərarası savaş qorxusu – BMT

“Bu gün Qəzza və Qərbi Şəriyə hər zaman olduğundan fərqlidir”.

Yaşanan gərginlik İsrail Fələstin arası müharibədən çıxıb, dinlərarası savaşa çevrilə bilər.

Din.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri BMT-nin Yaxın Şərq regionu üzrə sülh koordinatoru Nikolay Mladenov təxminən iki həftədir davam edən Qüds böhranı ilə əlaqədar xəbərdarlığında deyib.

“Bu gün Qəzza və Qərbi Şəriyə hər zaman olduğundan fərqlidir. Fələstin liderləri öz xalqlarının gələcəyi mövzusunda çətin seçimlər etmək məcburiyyətindədirlər. Ya ideoloji fərqləri aradan qaldırmaq üçün çalışacaqlar, ya da Qəzzanın tamamilə çöküşünə gətirib çıxaracaq yoluna davam edəcəklər”, – deyə, o bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az