Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Qubada təriqətçilərə qarşı əməliyyat keçirilib -23 nəfər saxlanılıb

Qadağan olunmuş dini təriqətlərdən birinin təbliği ilə əlaqədar evdə yığıncaq təşkil olunub.

Qubada radikal dini təriqət üzvlərinə qarşı əməliyyat keçirilib.

“Din.az” bildirir ki, Quba rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, polisə daxil olmuş məlumat əsasında rayon sakini Tehran Əmiraslanovun yaşadığı evdə əməliyyat həyata keçirilib. Əməliyyat zamanı T. Əmiraslanovun qadağan olunmuş dini təriqətlərdən birinin təbliği ilə əlaqədar evində yığıncaq təşkil etdiyi müəyyənləşib. Evə baxış zamanı oradan 54 ədəd dini kitab və 16 ədəd audio kaset aşkar edilərək götürülüb.

Ev sahibi və yığıncaqda iştirak edən 22 nəfər saxlanılaraq barələrində tədbir görülüb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az