Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

QMİ YENİDƏN HƏCCƏ GEDƏCƏK ZƏVVARLARA MÜRACİƏT ETDİ

“Bu vergini Səudiyə Ərəbistanı hökuməti tələb edir”.

Bu il Azərbaycandan Həcc ziyarətinə təkrar gedənlər 535 dollar əlavə vəsait ödəyəcəklər.

Din.az “A24.az”-a istinadən bildirir ki, Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, Səudiyyə Ərəbistanı hökümətinin qərarı ilə 2014, 2015 və 2016-cı illərdə Həcc ziyarətində olanlar və bu il təkrar getmək istəyənlər 535 dollar vergi ödəməlidirlər.

Bu vergini Səudiyə Ərəbistanı hökuməti tələb edir.

QMİ-dən bildirilib ki, bu il təkrar Həcc ziyarətinə getmək istəyənlərin sayı hələlik 70 nəfərdir. Onların sayının artacağı da istisna edilmir.

Bu il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedəcək. Ziyarət məbləği 3850 dollar müəyyənləşdirilib.

Qeyd edək ki, bu il zəvvarların Həcc ziyarətinə ilk qafiləsi avqustun 24-də yola düşəcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az