Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

QMİ sədri: “Azərbaycanda müxtəlif din mənsubları unikal dostluq, qardaşlıq şəraitində yaşayır, dövlətin diqqət və himayəsindən yararlanırlar”

“İslam dini bütün səmavi dinlərə və onların ardıcıllarına hörmət və ehtiramla yanaşmanı vacib buyurur”.

Bakıda “İslam həmrəyliyi ili” çərçivəsində “İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası” mövzusunda beynəlxalq konfrans başlayıb.

“Din.az” “Report”a istinadən xəbər verir ki, konfrans Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Bakı Multikulturalizm Mərkəzi və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə birlikdə keçirilir.

Tədbirdə dövlət, elm və ictimai xadimlər, dini konfessiyaların rəhbərləri, Azərbaycanda təmsil olunan diplomatik korpus nümayəndələri iştirak edir.

Konfransı giriş sözü ilə QMİ sədri Allahşükür Paşazadə açıb.

O bildirib ki, sülhə, ədalətə, mənəvi-əxlaqi yüksəlişə xidmət edən müqəddəs İslam dini bütün səmavi dinlərə və onların ardıcıllarına hörmət və ehtiramla yanaşmanı vacib buyurur: “Qədimliyi və müasirliyi özündə təcəssüm etdirən, tarix boyu Şərq ilə Qərb arasında İslam dünyasının əsas mədəni, dini və sivilizasiya mərkəzi olan Azərbaycan multikulturalizm, tolərantlıq mühitinin təşəkkül tapmasına, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam mədəniyyətinin dünyada təbliğinə böyük töhfələr verib”.

QMİ sədri deyib ki, Azərbaycanda müsəlmanlar, pravoslavlar, katoliklər yəhudilər və digər din mənsubları unikal dostluq, qardaşlıq şəraitində yaşayır, dövlətin diqqət və himayəsindən yararlanırlar.

Onun sözlərinə görə, Azərbaycan öz nümunəsində bütün dünyaya nümayiş etdirir ki, dini-mədəni müxtəlifliyin harmoniyasına istinad edən cəmiyyət yaratmaq mümkündür və bu məfkurə yaşamağa, inkişaf etməyə qadirdir.

O bildirib ki, xalqımız, dövlətimiz bu uğurlara ulu öndər Heydər Əliyevin dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq vətəndaşlarımızı milli birlik, mənəvi vəhdət ideyaları ətrafında bir araya gətirən xilaskar azərbaycançılıq məfkurəsi sayəsində imza atdı: “Azərbaycan bu gün dünyaya uğurlu ideyalarını təqdim etmək qüdrəti olan dövlətə çevrilib. Zati-aliləri Prezident İlham Əliyev qətiyyətli siyasi iradəsi sayəsində Azərbaycanı multikulturalizm, İslam həmrəyliyi ideyalarının mərkəzində duran bir ölkə kimi gündəmə gətirməklə beynəlxalq aləmdə böyük bir siyasi-mənəvi uğura nail olmaqdadır”.

Şeyxülislam vurğulayıb ki, Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə və beynəlxalq müstəvidə geniş miqyaslı fəaliyyəti, milli-mənəvi irsimizi yüksək səviyyədə təbliğlə yanaşı ümumbəşəri dəyərlərə diqqət və himayəsi Azərbaycanın bu istiqamətdə söz sahibinə çevrilməsinə ali xidmətdir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az