Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

QMİ sədri: “Avropa miqrantların qarşısında divarlar çəkir”

Azərbaycanın tolerantlıq sahəsindəki fəaliyyəti dünya üçün nümunə ola bilər.

”Torpaqlarımızın işğalı nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkünümüz oldu. Azərbaycan qaçqın və məcburi köçkünlərlə bağlı problemləri demək olar ki, özü həll etdi. Amma bu gün Avropa miqrantlar qarşısında divarlar çəkir”.

“Din.az”ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Beynəlxalq Multikulturalizm Qış Məktəbinin 16 ölkədən olan müdavimləri ilə görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib. O bildirib ki, miqrantlara belə münasibət demokratik deyil: “Azərbaycanın bu sahədə fəaliyyəti bu gün dünya, Avropa üçün nümunə ola bilər. Nə zamana qədər miqrantların qarşısında divar çəkəcəklər?!”

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az