Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

QMİ nümayəndəsi Rövşən Lənkəranskinin dəfnindən danışdı

Lənkəranskinin cənazəsi bu gün torpağa tapşırılacaq

QMİ nümayəndəsi Rövşən Lənkəranskinin dəfnindən danışdı.

“Din.az” xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin Lənkəran üzrə nümayəndəsi,  rayonun axundu Hacı Sədi Yeni Müsavat əməkdaşı ilə söhbətində bildirib ki, Rövşən Lənkəranskinin cənazəsi İmam Hüseyn məscidindən avqustun 19-da səhər 10-da götürüləcək.

Axundun sözlərinə görə cənazə məscidin yaxınlığında yerləşən,  Rövşən Lənkəranskinin doğulub boya-başa çatdığı evə aparılacaq.  Oradan cənazə dəfn üçün Kiçik Bazar qəbristanlığına aparılacaq. Hüzr məclisi Kiçik Bazar məhləsindəki İmam Hüseyn məscidinin qarşısında qurulacaq çadırlarda keçiriləcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az