Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

QMİ-nin sabiq sektor müdiri Ali Məhkəməyə müraciət edib

E.Mustafaoğlunun apelyasiya şikayəti təmin olunmayıb.

Dövlətə xəyanət etməkdə təqsirləndirilən ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sabiq sektor müdiri Elşən Mustafaoğlunun barəsində olan məhkəmə qərarından kassasiya şikayəti verib.
Din.az “Report”a istinadən bildirir ki, kassasiya şikayəti Ali Məhkəmənin hakimi Gülzar Rzayevanın icraatındadır.
Məhkəmənin vaxtı yaxın günlərdə bəlli olacaq.
Qeyd edək ki, E.Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən qapalı prosesdə E.Mustafaoğluna hökm oxunub. O, məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan E.Mustafaoğlu apelyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Məhkəmə E.Mustafaoğlunun apelyasiya şikayətini təmin etməyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az