Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

QMİ “İSLAM HƏMRƏYLİYİ İLİ” ÇƏRÇİVƏSİNDƏ BİR NEÇƏ ÖLKƏDƏ TƏDBİRLƏR KEÇİRƏCƏK

Nəzərdə tutulan tədbirlər ilin sonunadək baş tutacaq.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycanda “İslam həmrəyliyi ili” çərçivəsində Türkiyə, Rusiya, Özbəkistan, İspaniya və Mərakeşdə bir sıra tədbirlər keçirməyi planlaşdırır.

Din.az bildirir ki, QMİ-dən “Report”a verilən məlumata görə, adıçəkilən ölkələrlə birgə keçirilməsi nəzərdə tutulan tədbirlər ilin sonunadək baş tutacaq.
Bildirilib ki, QMİ əvvəllər də Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, habelə digər yerli və xarici təşkilatlarla birgə təkçə Azərbaycanda deyil, həmçinin xarici ölkələrdə bir sıra beynəlxalq əhəmiyyətli tədbirlər keçirib. Belə ki, ötən il İspaniyada, bu ilin mart-aprel aylarında Bakıda, Finlandiyada, avqust ayında isə İranda beynəlxalq konfranslar keçirilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az