Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

QMİ-DƏN AÇIQLAMA – MƏKKƏDƏ ZƏVVARLARIMIZ ÇƏTİN VƏZİYYƏTƏ DÜŞÜB

“Azərbaycanlı zəvvarların 20 faizində öskürək, zökəm müşahidə olunur”.

Məkkədə havanın temperaturunun 40 dərəcədən yuxarı qalxması zəvvarların işini bir az çətinləşdirsə də, səhhətlərində heç bir problem yoxdur.

Din.az “A24.az”-a istinadən bildirir ki, bu barədə “Report”a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Bildirilib ki, bu gün zəvvarlar Kəbədə cümə namazı qılıblar: “Sentyabrın 9-dan başlayaraq zəvvarlarımız Mədinəyə yola düşəcək, üç gün həmin şəhərdə qalacaq, peyğəmbərin qəbrini ziyarət edəcək, Məscid ən-Nəbəvidə namaz qılacaqlar. Azərbaycanlı hacılar sentyabrın 12-də günorta saatlarından etibarən Bakıya qayıtmağa başlayacaqlar”.

QMİ-dən qeyd olunub ki, azərbaycanlı zəvvarların 20 faizində öskürək, zökəm müşahidə olunur: “Onların səhhətində ciddi narahatlıq yaradan problem yoxdur. Soyuqdəymə halları həkimlərin müdaxiləsi ilə aradan qaldırılır. Ən yaşlı zəvvarın (86 yaşlı xanım) da vəziyyəti yaxşıdır”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az