Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

QMİ-də Beynəlxalq Multikulturalizm Qış Məktəbinin müdavimləri ilə görüş keçirilib

“Azərbaycan nümunəsi xalqlar arasında həmrəyliyi, dini dözümlülüyü təbliğ edir”.

Bu gün Qafqaz Müsəlmanları İdarəsində Beynəlxalq Multikulturalizm Qış Məktəbinin 16 ölkədən olan müdavimləri ilə görüş keçirilib.

“Din.az”ın APA-ya istinadən verdiyi məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın multikulturalizm və dini dözümlülüyün bir nümunəsi olduğunu deyib.

Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev bildirib ki, Azərbaycanda keçən il “Multikulturalizm İli”, bu il “İslam Həmrəyliyi İli” elan edilib: “Bu, o deməkdir ki, Azərbaycan dünyaya multikulturalizm, həmrəyliyin, tolerantlığın nümunəsini təqdim edib. Multikulturalizm, dini dözümlülük, həmrəylik Azərbaycanın həyat tərzidir”.

Yevdayev deyib ki, Azərbaycan nümunəsi xalqlar arasında həmrəyliyi, dini dözümlülüyü təbliğ edir.

Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete Azərbaycanda multikulturalizm və dini dözümlülüyün yüksək səviyyədə olduğunu söyləyib.

Alban-Udi Xristian icmasının sədri Robert Mobili də Azərbaycanda müxtəlif dini icmaların mehriban şəraitdə yaşadıqlarını vurğulayıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az