Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

QIZ UŞAQLARININ SEVİLMƏDİYİ ÖLKƏLƏR

Qız uşaqlarına olan istəksizlik inkişaf etməmiş, patriarxal cəmiyyətlərdə özünü göstərir.

Azərbaycanda qızların 10%-i dünyaya göz açmadan məhv edilir.

Din.az-ın Oxu.Az-a istinadən verdiyi xəbərə görə, bu qənaətə amerikalı tədqiqatçılar apardığı araşdırma nəticəsində gəlib. Tədqiqat 3 postsovet ölkəsində – Ermənistan, Azərbaycan və Gürcüstanda 2005-2010-cu illərdə 100 qıza azı 116 oğlan düşdüyünü üzə çıxarıb.

Bəzi inkişaf etməkdə olan Asiya ölkələrində bu rəqəm süni şəkildə oğlanların xeyrinə dəyişdirilir. Məsələn, Çində hər 100 qıza 120-150, Gürcüstanda 118, Ermənistanda 120, Azərbaycanda isə 115 oğlan dünyaya gəlir.

Sosioloqlar isə düşünür ki, adətən, qız uşaqlarına olan istəksizlik inkişaf etməmiş, patriarxal cəmiyyətlərdə özünü göstərir. Cəmiyyət zəif olduğundan zəif hesab etdiyi qadını qəbul etmək istəmir, zəifdən utanır. Halbuki müasir cəmiyyətdə qadının rolu dəyişib, indi fiziki güc mühüm deyil.

Danimarkada hər il onlarca qız uşağı doğulmadan həyatla vidalaşır. Yalnız bir ildə “xüsusi icazə” ilə 818 uşaq doğulmadan ana bətnindən çıxarılıb ki, onların da hamısını qız uşaqları təşkil edib. Ultrasəs müayinəsi zamanı doğulan uşaqların cinsiyyətinin qız olduğunu öyrənən valideynlər bu üsula üstünlük verir. Danimarkada 12 həftəyə qədər aborta icazə verilsə də, ondan sonra ancaq “xüsusi icazə” alınır. Bu gün qızların sevilmədiyi ölkələr sırasında ilk yerdə gələn ölkələrdən biri Hindistandır. Qız uşağı istəməyən ailələr ya yeni doğulan qız uşaqlarını öldürür, ya da cinsiyyəti müəyyənləşdikdən sonra aldırırlar.

Qız uşaqlarının qəbul edilmədiyi və tək uşaq istəyi səbəbindən tez-tez uşaqları ana bətnindən götürdən Çində hər 100 qız uşağının müqabilində 121 oğlan doğulur. Hətta bəzi qəsəbə və kəndlərdə bu rəqəm 150-yə çıxır. Dünya əhalisinin yüzdə 38-ni təşkil edən bu iki ölkədə 40 milyon kişini gözləyən sonluq odur ki, 15 il içərisində evlənəcək qadın tapa bilməyəcəklər.

Son 10 ildə öldürülən qız uşağının sayı 8 milyona çatıb. Bu gün dünyada 107 oğlan uşağının müqabilində 100 qız doğulur. Alimlərin fikrincə, kişilərin sayının qadınlardan çox olduğu cəmiyyətlər şiddət və müharibəyə daha meyilli olurlar.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az