Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Qəzza sakinləri son 30 ildə ilk dəfə kinoteatrda filmə baxıblar

Qəzzanın “Samer” kinoteatrında film nümayiş etdirilib.

Qəzza şəhərinin yüzlərlə sakini ötən gün son 30 ildə ilk dəfə olaraq kinoteatrda filmə baxıb.

Din.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Qəzzanın “Samer” kinoteatrı bir gecəlik qapılarını 300-dək kişi və qadın tamaşaçılarının üzünə açıb. Nümayiş etdirilmiş “On gün” tammetrajlı film İsrail həbsxanalarında cəza çəkən fələstinlilərə həsr olunub. Filmin çəkilişləri tam olaraq Qəzzada həyata keçirilib.

“Samer” kinoteatrı 1944-cü ildə inşa edilib, 1960-cı ildə fəaliyyəti dayandırılıb. Qəzza zolağının digər kinoteatrları 1980-ci illərin sonlarında bağlanıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az