Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

QƏTƏRLİLƏRƏ BƏD XƏBƏR: HƏCC ZİYARƏTİ OLMAYACAQ

Doha hava limanından zəruri icazənin verilmədiyi iddia olunur.

Səudiyyə Ərəbistanının hava yolu şirkəti qətərli zəvvarları daşımaq üçün lazım olan icazəni ala bilmədiyini açıqlayıb.

Din.az bildirir ki, bu barədə “Röyter” informasiya yayıb.

Hava yolları şirkəti tərəfindən verilən açıqlamada Doha hava limanından zəruri icazənin verilmədiyi və bu səbəbdən Qətərə sərnişin təyyarəsi göndərə bilməyəcəkləri bildirilib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı qətərli zəvvarların əvvəlcədən icazə almadan ölkəyə girə biləcəklərini, xərclərinin də Kral Salman bin-Əbdüləziz tərəfindən qarşılanacağını bildirmişdi. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az