Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Qətərə qarşı şok plan: Çevriliş üçün 1 milyard ayrıldı

Qətər, Türkiyə və Sudan kəşfiyyatının birgə fəaliyyətinin nəticəsi…

Türkiyə 10 min sudanlı hərbçinin Qətərdə hərbi çevriliş etmək cəhdinin qarşısını alıb.

Din.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyəni “Karar” qəzeti özünün etibarlı mənbələrinə istinadən yazıb.

Məlumata görə, əsgərlər Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi sudanlı nazir Əl Hüseyn Taha Osmanın əmri ilə çevrilişə cəhd ediblər. Çevriliş üçün nazir BƏƏ-dən olan iş adamlarından birindən 1 milyard dollar alıb. Əl Hüseynin Qətərə ordu yeritmək cəhdinin üstü Qətər, Türkiyə və Sudan kəşfiyyatının fəaliyyəti nəticəsində açılıb. Nəticədə nazir Səudiyyə Ərəbistanına qaçıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az