Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Qətərdən sonra Körfəzdə yeni böhran- Bu dəfə…

İranın Küveytdəki nümayəndəliyinin bağlanıldığı xəbərləri yayılıb.

Körfəz dövlətləri Qətər böhranını yekunlaşmadan İranla Küveyt arasında yeni konflikt yaranıb.

Din.az Moderator.az-a istinadən xəbər verir ki, İranın Küveytdəki nümayəndəliyinin bağlanıldığı xəbərləri yayılıb. Bu hadisədən sonra Küveyt, İranla diplomatik əlaqələrində yeni addımlar atacağını açıqlayıb.

İranın atdığı addımın əsas səbəbi kimi Küveyt məhkəməsinin ötən il İran vətəndaşının da daxil olduğu bir qrupun cəsusluq ittihamı ilə məhkum etməsi göstərilib. Məhkəmə qərarından sonrakı açıqlamada Küveyt hökuməti İran İslam Respublikasıyla əlaqələrini Vyana qərarlarına uyğun olaraq təşkil edəcək”kimi ifadələr səslənib.

Xarici mətbuatdan əldə olunan məlumata görə Küveyt Respublikası 15 İranlı diplomatı deportasiya edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az