Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Qətərdən kiber hücum ittihamı

“Kiber hücumu Qətərə qarşı blokadaya qoşulan qonşu ölkələr təşkil edib”.

Qətər blokadaya qoşulan qonşu ölkələri rəsmi xəbər agentliyi – QNA-ya kiber hücum etməkdə günahlandırıb.

Din.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu ölkənin Baş Prokuroru Əli bin Fatis əl-Meri söyləyib.

“Əl-Cəzirə” kanalının məlumatına görə, Baş Prokuroru “QNA-ya qarşı kiber hücumu, Qətərə qarşı blokadaya qoşulan qonşu ölkələr təşkil edib. Bu ölkələrin günahlarını sübut etmək üçün əlimizdə kifayət qədər dəlil var”,-deyə bildirib.

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreynə işarə edən Baş Prokuror Meri, bu ittihamları sözügedən ölkələrdən birinə, yoxsa hamısına aid olduğuna dair məlumat verməyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az