Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Qətər tələb etdi: Bizə dəlil göstərin

Qətər böhranı Körfəz ölkələri arasında güvənsizlik yaradıb.

Körfəz ölkələrinin tətbiq etdiyi embarqonun üzərindən 72 gün keçməsinə baxmayaraq hələ də bizə heç bir dəlil təqdim olunmayıb.

Din.az bildirir ki, bu sözləri Qətər Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman əl-Sani deyib.

Əl-Sani Səudiyyə Ərəbistanını, Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ), Bəhreyni və Misiri Qətərlə bağlı ittihamlarına aid dəlilləri təqdim etməyə dəvət edib. Əl-Sani yaranmış bu böhranın Körfəz ölkələri arasında güvənsizlik yaratdığını vurğulayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Liviya və Maldiv 5 iyun 2017-ci il tarixindən Qətərlə diplomatik münasibətlərini dayandırıb. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az